Ukrayna səfiri Ramazan bayramı ilə bağlı paylaşım etdi

  • By admin
  • 02 May 2022 14:26

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ramazan bayramı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Gununsesi.info xəbər verir ki, diplomat tviter səhifəsində yazıb:

“Ramazan bayramı şəfqət, taqət və qayğı ayı olan Ramazanın sonunu qeyd edən bütün müsəlmanlara ən səmimi təbriklərimi göndərirəm. Qoy bu bayram sizə və ailənizə cansağlığı və firavanlıq gətirsin, evinizdə əmin-amanlıq olsun!”

Gununsesi.info