Vəliyevlərə yarım miyon “atan” şəxsə cəza istənildi

  • By admin
  • 26 Avqust 2022 14:55

Prokuror Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı iş adamı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə, dörd zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır. Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

 

Günay 

Gununsesi.info