Venesuelada zəlzələdə ölənlərin sayı 3800-ü keçdi

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3811 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının spikeri Xorxe Rodriges məlumat yayıb.

Onun sözlərinə görə, təbii fəlakətdə 16 740 nəfər yaralanıb. 6 462 nəfərin xilas edilməsi və 86 794 ailəyə yardım göstərilməsi prosesi davam edir.

Rodriges əlavə edib ki, bütün dövlət məmurları hadisə yerində işləməyə davam edirlər.

Xatırladaq ki, Venesuelada iyunun 24-ü axşam saatlarında  40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb.

Gununsesi.info