Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Gununsesi.info xəbər verir ki, rəsmi sosial media hesablarında yayılan paylaşımda “İki bədəndə bir can; Türkiyə–Azərbaycan! Qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik” sözləri yer alıb.












