Ukrayna prezidenti Vladimir Zelenski martın 8-də Türkiyəyə səfər edəcək və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Gununsesi.info xəbər ki, bu barədə Türkiyə Prezident Adminstarsiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, Zelenski və Ərdoğan görüş zamanı Ukrayna-Rusiya müharibəsinin gedişatı, Qara dəniz taxıl sazişi və ikitərəfli münasibətləri müzakirə edəcəklər.
“Ukrayna və Rusiya arasındakı vəziyyət və Qara dənizdə təhlükəsiz dəhlizin yenidən işə salınması ilə bağlı son təmaslar” onların görüşündə diqqət mərkəzində olacaq”, – məlumatda deyilir.
Zelenski ilə Ərdoğan arasında görüş Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukraynada atəşkəslə bağlı tezliklə danışıqlara ehtiyac olduğunu israr etməsindən sonra baş tutacaq.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Ankara Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin sülh yolu ilə həllini dəstəkləməyə davam edir və müvafiq danışıqlar üçün platforma təklif etməyə hazırdır.
Gununsesi.info