Ədalət Şükürovdan Operativ Qərargaha: Ölkəyə turist gəlir ki, muzeyləri açırsız? + VİDEO

  • By admin
  • 29 Avqust 2020 14:59

Xalq artisti Ədalət Şükürov özünün sosial şəbəkə hesabında Operativ Qərargahın muzeylərin açılması barədə qərarını sərt tənqid edib.

Gununsesi.info
xəbər verir ki, bununla bağlı “Instagram” hesabında paylaşım edən müğənni muzeylərin və sərgi zallarının açılmasına güldüyünü bildirib:

“Saytlardan oxudum ki, ölkə ərazisində muzeylər və sərgi zalları açılıb. Yadınıza salım ki, ölkəyə turist gəlmir. Məktəblər bağlıdır, şagirdlər də muzeyə gedə bilmir.

İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb? Yəni başqa problemimiz yox idi? Bir problem sərgi, muzey idi, onu da açdınız?!”

Gununsesi.info