Nura Suri: Karantin girəndən hamı cinayətkar kimi görünür - CƏRİMƏLƏMƏYİN, İNSANLAR İŞSİZDİR, YAZIQDIR

  • By admin
  • 29 Avqust 2020 14:33

Azərbaycanın tanınmış müğənnisi Nura Suri sosial şəbəkə hesabında hökumətə çağırış edib.

Gununsesi.info müğənninin qeydlərini təqdim edir:

Deməli, belə yazdığım statuslara görə bütün dost tanışlarım deyir ki, nəyinə lazım, yazma, danışma, başın ağrıyacaq, səni aparacaqlar, efirlərə qadağa qoyacaqlar, heç bir müğənni yazmır səndən başqa və s.
Birinci mən dövlətə qarşı yazmıram, heç kəsi təhqir etmirəm və ən əsası demokratik ölkənin vətəndaşıyam.

Uzun illər TV-lərdə çalışmışam canlı efirlər aparmışam, canlı efirdə dəfələrlə qonaq olmuşam və heç vaxt problemim olmayıb, çünki, ağzımın danışığını bilirəm.
Efir qadağası isə bizdə yalnız şəxsi münasibət üzərində qurulub. Kiminləsə orda çalışanlardan münasibətin yoxdursa, anında torba tikilir, “zapret” və s…

Keçək o biri məsələyə… Böyük oğlum bir ay əvvəl zəng etdi ki, bəs bizdə analizlərdə Covid-19 çıxıb. Doğrusu təşvişə düşdüm. Dedim nəsə simptom var, dedi ki, yoxdur. Səhər baxdım ki, mağazaya gediblər (xanımı ilə) məətəl qaldım ki, bəs sizdə karantin yoxdur? Dedi ki, 10 gün əvvəl vermişik cavab indi gəlib, əgər bu vaxt ərzində simptom olmayıbsa, evdən maska ilə çıxa bilərsən. Əgər simptom varsa, evdə özün müalicə alırsan (həkim təyinat yazmır). 2 gün sonra isə təkrar analiz verdilər və cavabı neqativ çıxdı. Bu qədər bəsit yanaşma – o boyda Amerikada…

Yəni, deməyim odur ki, bizdə nəsə başqa şeydi. Karantin girəndən hamı cinayətkar kimi görünür. Orda onu cərimələdilər, burda bunu tutdular. Vallah, əsəb dözmür. Qorxu hissi xəstəlikdən daha pisdir. Etməyin belə. İşsizdir insanlar. Çətindir. Dözmək mümkün deyil.

İdman zallarını açın. Rayonlara gediş-gəlişi açın. Kommunal xərclərə endirim edin. İnterneti pulsuz edin (online oxuyur uşaqlar). Məktəbləri açın. Restoranları açın.
Elə bil 6 aydır qorxulu filmdə yaşayırıq. Sanki üzərimizdə eksperiment aparılır.

Gununsesi.info