“Azərbaycanın yüksək adına 80 manat veteran pulu çox azdır. Bunu artırmaq lazımdır”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, müharibədə yaralanmayan şəxslər də dövlət qayğısı ilə əhatə olunmalıdır: “İndi biri gedib döyüşüb, yaralanmayıb, amma elə kontuziya alıb ki, onu qayğıdan diqqətdən kənarda qoymaq olmaz. Bu məsələyə daha çox diqqət ayırmaq lazımdır”.
Gununsesi.info