Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edilib - CƏDVƏL

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2025 12:21

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Zəfər Günü ilə əlaqədar 8, 9, 10 və 11 noyabrda Bakı-Ağstafa-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edib.

ADY-dən Gununsesi.info-ya verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilər.

Qeyd olunur ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

 

Gununsesi.info