Sezen Aksu koronavirusa yoluxdu

  • Müəllif: Firuzə
  • 10 Yanvar 2026 19:37

Türkiyə pop musiqisinin əfsanəvi adı, “minik serçe” ləqəbli Sezen Aksu səhhəti ilə bağlı yayılan xəbərlə sevənlərini üzüb.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin Covid-19 testi müsbət çıxıb.

Koronavirusa yoluxan Sezenin Kanlıcadakı evində karantinə girdiyi bildirilir. O bu müddəti evdə həkim nəzarəti altında istirahət edərək keçirəcək.

Gununsesi.info