Gürcüstan hökuməti yol hərəkəti qaydalarına görə cərimələri azaldır

  • By Admin2
  • 25 İyun 2026 16:37

“Biz istəmirik ki, artırılmış cərimələrlə əhalinin üzərinə artıq yük düşsün. Biz yol hərəkəti qaydalarının pozulması və müvafiq cərimələrlə bağlı statistikaları qiymətləndirdik və məlum oldu ki, cərimələrin artırılması bu halda statistikanın yaxşılaşmasına təsir etməyib”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, qeyd olunanları nəzərə alaraq, cərimələrin azaldılmasına qərar verilib.

“Biz istəmirik ki, artırılmış cərimələrlə əhalinin üzərinə artıq yük düşsün, buna görə də bütün bunları əsas götürərək cərimələrin azaldılması ilə bağlı qərar qəbul etdik”, – deyə hökumət başçısı qeyd edib.

Gununsesi.info