“Erməni soyqırımı” qərarı gündəmdə: - Sabir Rüstəmxanlı tarixi arqumentlərini açıqladı

  • By Admin2
  • 03 İyul 2026 14:49

Xəbər verdiyimiz kimi, İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib.

Gununsesi.info xəbər verir ki, bu haqda İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında yazıb:

“Bununla bağlı qətnamə layihəsini hökumətin növbəti iclasında təsdiqə təqdim edəcəyəm”.

Sözügedən məsələ təbii olaraq Azərbaycan ictimaiyyətində də qəbul olunmayıb.

Gununsesi.info məsələ dair olaraq, Xalq şairi Sabir Rüstəmxanlının uydurma “erməni soyqırımı” haqqında yazısını təqdim edir:

“Amerika alimi Castin Makarti: “Bütünlükdə Anadoliuda 600 min nəfərə yaxın erməni, 2,5 milyon müsəlman həlak olmuşdu. Əgər bu soyqırımdırsa, onda çox qeyri-normal və dəhçətli soyqırımdır ki, burda öləndən çox öldürən həlak olub. O adamlar ki, müsəlmanları soyqırımda suçlu saymaq istəyirlər, qəribə bir şəkildə bu soyqırımda əsas qurbanların müsəlmanlar olduğunu qəbul etmək itəmirlər. İnsan faciəsi haqqında həqiqəti aşkarlamaqdansa “qəddar türk” və “əzabkeş erməni” haqqında böyük bir mif, yalan uydurulub. Ermənilər öz yalanlarını ara vermədən təkrarladıqlarına görə dünyanı çaşdırıblar.
Dünyanın diqqətini yayındırır. Qarabağ Zəngəzur unutdurur. 70 türk diplomatın ölümü unutdurulur.

Mark Bristol (ABŞ-ın İstanbuldakı səfiri): “Mən əhalisinin cəmi yüzdə 25-i erməni olan ərazidə Ermənistan dövləti yaratmaq ideyasının reallşcağına inanmıram. Çünki ermənilər özlərini idarə edə bilmirlər, dövlət idarəçilik qabiliyyətləri yoxdur. Onların başqa xalqları idarə etməsinə isə heç yol vermək olmaz!”

Əksinə olub. Son yarım əsrdə Ermənistanda azəri türklərinin sayı 1918-ci ildəki 575 mindən 1920-ci ildə 72 minə düşmüşdü.
1988- ci ildən başlanan erməni vəhşilikləri, Ermənistandan sonuncu azərbaycanlının da qovulması, öz ərazilərimizin boşaldılması, Xocalı soyqırımı haqqında çox yazmışam…”

Sabir Rüstəmxanlı onu da qeyd edib ki, bu, köhnə məzhəkədir, son oyun meydanı isə İsrail oldu.

Orxan
Gununsesi.info