182 klinika yoxlanılıb, 56 stomatoloq və müəssisə cərimələnib

Bu ilin 6 ayında Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 182 özəl tibb müəssisəsi və fiziki şəxs barədə yoxlama aparılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə AEM bildirib.

Qeyd olunub ki, stomatologiya sahəsi üzrə 56 müəssisə və fiziki şəxsə dair inzibati tənbeh tədbiri görülərək aidiyyəti üzrə protokollar tərtib edilib.

Eyni zamanda ötən ay 14 klinika müəyyən edilmiş pozuntulara görə cərimələnib.

Plastik cərrahiyyə sahəsində 2 protokol tərtib olunub. (APA)

 

 

Gununsesi.info