Forbes jurnalının Ukrayna versiyası iyun ayından bəri Ukrayna logistika infrastrukturunun itirdiyi sahənin təxminən 400.000 kvadratmetr olduğunu bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Ukraynanın ən böyük şirkətlərinə məxsus səkkizdən çox anbar və logistika mərkəzinin dağıldığı bildirilir.
İki Epicenter logistika kompleksi, Novus logistika mərkəzi, şirkətin keramika plitələr istehsalı müəssisəsi, Puma, Silpo, Liqui Moly və Toyota Ukraine şirkətlərinə məxsus anbarlar, eləcə də Rozetka bazarına məxsus ən böyük anbar zədələnib və ya məhv edilib.
Jurnalistlərin qeyd etdiyi kimi, itkilər sistemli xarakter daşıyır və həm qida, həm də qeyri-ərzaq pərakəndə satış seqmentlərinə təsir göstərir.
Maqsud











