“Rusiya Prezidentinin Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından sonra ölkədəki şovinist qüvvələr üçün yeni imkan yaranıb”.
Gununsesi.info bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ilk növbədə rusiyalı rəsmilər diplomatik dili kənara qoyaraq müxtəlif ölkələri və onların rəhbərlərini aşağılamağa başlayıblar.
“Ardınca, Rusiyanın televiziya kanallarında Kremlə bağlı jurnalistlər və ekspertlər ağalarından nümunə götürərək müxtəlif dövlətlərə və onların liderlərinə qarşı daha təhqiramiz ifadələr işlətməyə başladılar. Rusiyada rəsmilərin və televiziya ekranlarında izlədiyi şəxslərin başqalarının ünvanına işlətdiyi təhqirlərdən “ilham” alan adi vətəndaşlar isə “gəlmələri qovmaq lazımdır” kimi çağırışlara üstünlük verdilər.
İş o yerə çatıb ki, Rusiyada hansısa şovinist kişi və ya qadın qarşısına çıxan və özünə oxşamayan Rusiya vətəndaşı olan tatarı, başqırdı, çuvaşı və digərlərini təhqir edir. Nə qədər ki, Rusiya qonşularına, hətta tərəfdaş adlandırdığı dövlətlərə qarşı bu “dildən” istifadə edəcək, bu ölkə ilə normal münasibətlər qurmaq mümkün olmayacaq”.
Afət










