Sevgilisini qətlə yetirməkdə təqsirli bilinən, edam edilərək parçalanan Uilyam Korderin mühakimə olunduğu, dərisinə cildlənmiş kitabdan bəhs edən kitab ortaya çıxıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 1827-ci ildə İngiltərədə sevgilisini öldürən Uilyam Korderin dərisinə bükülmüş ikinci kitab Suffolkdakı muzey ofisində tapılıb. Kitabın sərgisi də etik müzakirələrə səbəb olub.
19-cu əsrin ən çox danışılan cinayətlərindən biri olan Qırmızı Anbar Cinayəti təkcə dövrü deyil, günümüzü də sarsıtmağa davam edir. Qatil Uilyam Korderin dərisinə yapışdırıldığı düşünülən kitabın ikinci nüsxəsi keçən il Suffolkdakı Moyse Holl Muzeyinin ofisində aşkar edilib. Əsər 1930-cu illərdən bəri nümayiş etdirilən orijinal kitabın yanında yerləşdirilərək ictimaiyyətə açıldı.
1827-ci ildə sevgilisi Maria Marteni öldürməkdə təqsirli bilinən Korder növbəti il ictimaiyyət qarşısında edam edildi. Onun cəsədi parçalanmış və onun hissələri məhkəmə prosesini təsvir edən kitabın cildlənməsi üçün istifadə edilmişdir. Keçən il ofisdə tapılan ikinci kitabda onurğa və künclərdə insan dərisindən istifadə edildiyi düşünülür. Bildirilir ki, əsər təxminən 20 il əvvəl muzeyə verilib.
Lakin bu qorxulu tapıntılar həm də etik mübahisələrə səbəb olub. “Dəhşətli Tarixlər” seriyasının yaradıcısı Terri Diri “The Guardian”a deyib ki, kitablar “xüsusilə xəstədir” və “ekstrasiyada olmamalıdır”.
“Korderin məhkum edilməsi şərti sübutlara əsaslanıb. Düşünürəm ki, o, çox səhv başa düşülüb. Bu kitablar Korderin xatirəsinə böyük hörmətsizlikdir”, – Deary deyib.
Orxan












