ABŞ-nin keçmiş prezidenti Barak Obama, Donald Tramp rəhbərliyinin Fələstinə dəstək nümayişləri ilə gündəmə gələn Harvard Universitetini hədəf almasını tənqid edərək, məktəb rəhbərliyinə dəstək mesajı göndərib.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ-nin keçmiş prezidenti Barak Obama Donald Tramp administrasiyasının Fələstinə dəstək nümayişlərinə görə xəbərlərdə yer alan Harvard Universitetini hədəf almasını tənqid edib.
Obama Harvard Universiteti rəhbərliyinin mövqeyini müdafiə edərək, akademik azadlığın qorunmalı olduğunu vurğulayıb.
“Harvard digər ali təhsil müəssisələri üçün nümunə göstərdi. Akademik azadlığı cilovlamaq üçün qeyri-qanuni və səriştəsiz cəhdi rədd etməklə yanaşı, Harvarddakı bütün tələbələrin intellektual araşdırma, ciddi müzakirə və qarşılıqlı hörmət mühitindən faydalana bilməsini təmin etmək üçün konkret addımlar atdı”, – Obama açıqlamasında bildirib.
Bu prosesdə Harvard rəhbərliyinin tutduğu mövqeyi vurğulayan Obama, digər universitetlərin də eyni şəkildə davranacağına ümid etdiyini bildirib.
Orxan












