ABŞ-dan İranın Azərbaycana təhdidlərinə reaksiya

  • By admin
  • 11 Noyabr 2022 17:24
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın Azərbaycana qarşı son təhdidlərinə münasibət bildirib. 
Gununsesi.info xəbər verir ki, Prays bu barədə Turanın Amerikadakı təmsilçinin sualını cavablandırarkən danışıb:
Bizə tamamilə aydın idi ki, İran region üçün təhlükə təşkil edir”.
 Vaşinqtonun İranın qonşularını, məsələn, Azərbaycanı qorumağa hazır olub-olmadığı haqqında suala cavab verən ABŞ rəsmisi deyib ki,  bütün bu ölkələrlə əhəmiyyətli ikitərəfli münasibətləri var:
” Siz Azərbaycanın adını çəkdiniz. (Dövlət katibi Blinken) bu həftənin əvvəli Azərbaycanlı həmkarı ilə görüşmək imkanına malik olub.
Biz tərəfdaşlarımızı dəstəkləməyə, son nəticədə İranın regionda və bəlkə də onun hüdudlarından kənarda göstərdiyi sabitliyi pozan təsirinə qarşı mübarizə aparmağa davam edəcəyik”.

Aleks Raufoğlu

Vaşinqton