Avropa İttifaqı səfirliyindən Azərbaycana bayram təbriki

  • By admin
  • 31 Dekabr 2022 13:48
Avropa İttifaqının Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib.
Səfirlikdən Gununsesi.info-nun elektron poçtuna daxil olan təbrikdə deyilir:
Bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirik!
2022-ci il Aİ-Azərbaycan münasibətlərində daha bir uğurlu və mühüm il oldu. Bakıda və Brüsseldə bir neçə yüksək səviyyəli görüşlər keçirdik, enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzaladıq, minaların təmizlənməsində Azərbaycanı dəstəklədik, Azərbaycanla güclü və möhkəm tərəfdaşlıq qurmaq üçün bir çox layihələrimiz və tədbirlərimiz oldu.
Biz həmçinin gənclərin iştirakı ilə EuroVillage, Avropa Yay Məktəbi və Aİ Gənclər Müsabiqəsi kimi bir sıra tədbirlər təşkil edərək 2022-ci ili Avropa Gənclər ili kimi qeyd etdik.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi 2023-cü ildə də Aİ-Azərbaycan əməkdaşlığının daha da güclənməsi və dərinləşməsi istiqamətində işləri davam etdirəcək.