Avtobusdakı qalmaqalla bağlı açıqlama

  • By ilhame
  • 12 Sentyabr 2024 19:48

Sosial şəbəkələrdə “Xaliq Faiqoğlu” şirkətinin sürücüsü ilə sərnişin arasında mübahisə yaşanması barədə görüntülər yayılıb.

 

Gununsesi.info-ya məsələ ilə bağlı şirkətin mətbuat xidmətindən bildirilib ki, 10.09.2024-ci il tarixdə 199 saylı müntəzəm marşrut xəttində xidmət göstərən 99 JL 464 dövlət qeydiyyat nişanlı “BMC” markalı avtobus yollardakı mövcud vəziyyətlə bağlı gecikmə ilə hərəkət edib.

 

“Sürücü Sabir Əliyev saat 19:00 radələrindərə Bakı-Sumqayıt yolunda üzü şəhər istiqamətində hərəkətdə olan zaman yolda güclü tıxac müşahidə edilib. Bu zaman avtobusun salonunda olan sərnişinlərdən biri sürücüyə narazılığını bildirib və uyğunsuz ifadələr işlədib. Sərnişin Moskva prospektində nəqliyyat vasitəsini tərk edib. Hadisə vaxtı digər sərnişinlər tıxaca görə sürücünün günahkar olmadığını bildiriblər və onu nəqliyyat vasitəsindən kənarlaşdırıblar.

 

Qeyd edirik ki, xoşagəlməz hal zamanı sürücü təhlükəsizlik kəmərini açmayıb və sükan arxasında olub. Buna baxmayaraq tərəfimizdən sürücüyə xəbərdarlıq edilib və sərnişinlərlə nəzakətli davranması barədə təlimatlandırılıb” , – şirkətdən bildirilib.

Gununsesi.info