AzTV ötən il 2 milyon manat zərər edib

  • By admin
  • 26 Avqust 2022 08:52

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Qurumun maliyyə hesabatı göstərir ki, AzTV növbəti dəfə zərərlə işləyib.

Belə ki, ötən il AzTV-nin gəlirləri 2020-ci ilə nisbətən 1,4% artaraq 34,846 milyon manat təşkil edib. QSC-nin qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 0,5% artaraq 31,141 milyon manata, birja əməliyyatlarından gəlirləri 81% artaraq 699 min manata çatıb, sair əməliyyat gəlirləri isə dəyişməyərək 5 min manata bərabər olub.

Ötən il AzTV-nin xərcləri 36,817 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 1,8 % çoxdur. Səhmdar cəmiyyətın sərf etdiyi materialların dəyəri 42% artaraq 991 min manata, amortizasiya xərcləri 26% artaraq 3,366 milyon manata, sair əməliyyat xərcləri isə 6% artaraq 10,976 milyon manata yüksəlib. AzTV ötən işçilərinə ümumilikdə 21,485 milyon manat əmək haqqı ödəyib ki, bu da 2020-ci illə müqayisədə 4,4 % çoxdur. Ötən il dövlət televiziyasının əməliyyat zərəri 1,971 milyon manat (10% çox), mənfəət vergisi 23 min (6,1% az) manat təşkil edib. Son nəticədə AzTV 2021-ci ili 1,995 milyon manat xalis zərərlə başa vurub. Bu da əvvəlki ilə nisbətən 9,7% çoxdur. 2020-ci ildə QSC 1,818 milyon manat xalis zərər açıqlamışdı.

Bu ilin əvvəlinə AzTV-nin aktivləri 0,4% artaraq 24,292 milyon manat, öhdəlikləri 3,8% azalaraq 1,012 milyon manata, balans kapitalı isə 0,6 % artaraq 23,28 milyon manata bərabər olub.

Gununsesi.info