Bərdədə 18 yaşlı qızı zəncirləyən şəxs saxlanıldı

  • By admin
  • 24 İyul 2021 15:05

İyulun 22-də rayonun Bərdə şəhər sakini Əfsanə Yusifzadənin zəncirlə bağlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan Gununsesi.info-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin anasının tanışı Ruslan Rzayevin 2003-cü il təvəllüdlü Əfsanə Yusifzadəni ayağından Bərdə şəhərində yerləşən yataqxanada ümumi istifadədə olan sanitar qovşağında zəncirlə dəmir boruya bağlayaraq qəsdən azadlığını məhdudlaşdırılmasına və sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Azərbaycanda 18 yaşlı qızın tualetə zəncirlənməsinə görə cinayət işi açıldı

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ruslan Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir.

Gununsesi.info