Hakim həbs etdiyi rəisə: 5 min də məndən istəmişdin - VÜSAL BABAYEV İSƏ “GÜNAHSIZAM” DEYİR

  • By admin
  • 24 İyul 2021 15:30

Xəbər verdiyimiz kimi Səfərbərlik və Hərbi Xidmətə Çağrış Xidmətinin Səbael rayin idarəsinin rəisi Vüsal Babayev həbs edilib.

Gununsesi.info sosial şəbəkələrə istinadən bildirir ki, Vüsal Babayev onun barəsində həbslə bağlı  Hərbi Prokurorluğun təqdimatına baxılarkən günahsız olduğunu deyib.

Onun bu söylədiklərinə isə Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun cavabı gözlənilməz olub.
“Sən məndən də bir iş üçün 5 min istəmişdin” deyən hakim gənc rəis barəsində 4 aylıq həbsqətimkan tədbiri seçib.

Qeyd edək ki, rüşvət ittihamı ilə həbs edilən Vüsal Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi general polkovnik Vaqif Axundovun bacısıoğludur.

Gununsesi.info