BNA 7 nəfər Vətən müharibəsi iştirakçısını işlə təmin etdi

  • By admin
  • 27 İyul 2021 11:12

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na Bakı Nəqliyyat Agentliyi (BNA) də qoşulub.

BNA-dan Gununsesi.info-ya verilən məlumata görə, Agentliyin mərkəzi aparatında və tabeliyindəki qurumlarda vətən müharibəsi iştirakçısı olan 7 nəfər daimi işlə təmin olunub.

Eyni zamanda məlumat üçün qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin 16 nəfər əməkdaşı da 44 günlük Vətən müharibəsində iştirak edib.