Bu ölkədə “Omikron” ştamından ilk ölüm qeydə alındı

  • By admin
  • 21 Dekabr 2021 21:06

İsraildə koronavirusun “Omikron” ştamından ilk ölüm qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə KAN televiziya və radio korporasiyası məlumat yayıb.

Bildirilib ki, 75 yaşlı kişi dünən vəfat edib. O, peyvəndin iki dozasını qəbul edib. İkinci dozadan 6 aydan çox vaxt keçib.

Qeyd edilib ki, ölüm faktı ilə bağlı yerli vaxtla saat 18.00-da koronavirusla mübarizə üzrə nazirliklərarası komissiyanın iclası başlayıb.

Gununsesi.info