Dövlət qurumundan çatdırılma xidməti barədə AÇIQLAMA

  • By admin
  • 08 İyul 2021 16:56

“Volt Azərbaycan” MMC haqsız rəqabətə səbəb olan müqavilə şərtlərini artıq qanunvericiliyin tələblərinə uyğunlaşdırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, çatdırılma xidmətləri bazarında fəaliyyət göstərən “Volt Azərbaycan” MMC qısa müddət ərzində dövlət xidmətinin göstərişlərini yerinə yetirib.

MMC-nin dövlət xidmətinə ünvanladığı müraciətində gələcəkdə bu cür hallarla qarşılaşmamaq məqsədilə partnyorlarla münasibətləri bir daha nəzərdən keçirəcəyi, qanunvericiliyə uyğun olmasına daha çox diqqət yetirəcəyi vurğulanıb.