Avropanın ən sarsıdıcı, dəhşətli müharibəsini Almaniya ilə Fransa yaşadı.
Kütləvi qətliamlar, edamlar, on minlərlə insanın əsirliklərdə ac -susuz məhv olması kimi dəhşət doğuran acı tarix olub.
Bu ağır müharibədən keçən Almaniya və Fransa bugün bu qoca qitəni qüdrətli edən iki nəhəng ölkəyə çevrildi.
İndi iki dost, iki müttəffiq ölkədirlər.
Xocalıda 30-yaxın adamın qətliamında birbaşa əli olan Vaqif Xaçaturyanın Ermənistana təhvil verilməsi soyqrıma məruz qalan toplum olaraq yaramızı göynədəcək.
O qətliamda doğmalarını itirən insanların ürəyini sızıldacaq.
Amma yaxşı gələcək, dinc qonşuluq münasibəti və regionun təhlükəsizliyi üçün bu kimi hallar gözləniləndir.
Ona görə də soyqanlı yanaşmalıyıq.
Əsas odur ki, yurdumuz azaddır.
Biz Xaçaturyanı hansısa təzyiq qarşısında Ermənistana vermədik.
Sabah Vardanyanı da yola salacağıq.
Artıq qalib ölkə üçün bunlar kiçik məsələlər hesab olunur.
Ancaq könül istərdi ki, bu humanizm həbsdəki siyasətçilərə, jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına da göstərilsin.
Belə olanda Azərbaycan daha da qüdrətli olar.
44 Günlük Vətən savaşında iştirakına görə orden-medallar alan Ruslan İzzətli, jurnalistika həyatında (İstər iqtidar, istərsə də müxalif mediada) işi yalnız müsahibələr almaqdan ibarət olan Natiq Cavadlının və başqalarının yeri həbsxana deyil.

Pərviz Həşimli
Gununsesi.info












