Elçin Sadıqov və Əvəz Zeynallı Binəqədi Məhkəməsinə gətirildi - YENİLƏNİR

  • By admin
  • 10 Sentyabr 2022 23:59

Tanınmış vəkil Elçin Sadıqov və Xural TV-nin rəhbəri Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsindən  Binəqədi Rayon Məhkəməsinə gətirilib.

Gununsesi.info -nun xəbərinə görə, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma) maddəsi ilə iş başlanıb.

Məhkəmənin hər iki şəxs barəsində istintaq müddəti üçün həbs qərarı verəcəyi gözlənilir.

Onu da qeyd edək ki, vəkillərdən Bəxtiyar Hacıyev və Şəhla Hümbətova Elçin Sadıqovu, Aqil Layic isə Əvəz Zeynallını müdafiə edəcək.

Taryel İbrahimli

Gununsesi.info