Əli Kərimli tibbi müayinədən keçirilib - AXCP SƏDRİ TƏKADAMLIQ KAMERADA SAXLANILIR

  • By admin
  • 02 Dekabr 2025 08:52

 

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimli DTX-nın İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib. 

 

Gununsesi.infonun əldə etdiyi məlumata görə,  həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.

Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.

Bu arada AXCP sədrinin  vəkili Aqil Layic saytımıza açıqlamasında müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.

Elmar

Gununsesi.info