FHN-in bağladığı məşhur restoran yenidən fəaliyyətdə - ORTADA CİNAYƏT İŞİ VARMIŞ

  • By admin
  • 12 Sentyabr 2025 12:56

Bir neçə ay  Fövqələda Hallar Nazriliyi tərəfindən bağlanan “Padişah” restoranı nəhayət yenidən xidmətə başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, restorana girişi qadağan edən möhürlü qadağa aradan götürülüb.

 

Qeyd edək ki, restoranın bağlanmasına səbəb binanınikinci mərtəbəsinin  qanunsuz olaraq inşa edilməsi idi.

Buna görə də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən restoranın fəaliyyəti dayandırılmışdı.

Hətta buna görə aidiyyatı şəxsə cinayət işi də açılmışdı.

Açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində obyektin sahibi 57 yaşlı Yusif adlı şəxs dindirilən zaman deyib ki, əlavə mərtəbənin tikintisi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi ilə razılaşdırılıbmış. Lakin FHN-dən icazə alınmayıb.

Afət Abbasova

Gununsesi.info