Hondurasda təyyarə qəzası: 6 nəfər həlak olub

  • By Günel
  • 18 Mart 2025 09:16

Hondurasın qərbindəki Roatan adasındakı aerodromdan havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə La Prensa qəzeti məlumat yayıb.

Qeyd olunub ki, təyyarədə azı 15 nəfər olub, onlardan 6-sı ölüb.

Milli polis bildirib ki, qəza 33 sərnişin üçün nəzərdə tutulmuş “Jetstream 41” təyyarəsindəki mexaniki nasazlıq nəticəsində baş verib.

Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda dənizə düşüb. Təcili yardım xidmətləri xəstəxanaya çatdırılan 10 nəfəri xilas edə bilib.

Gununsesi.info