Hüquqşünas Novxanı məktəbindəki hicab qalmaqalından danışdı

  • By admin
  • 20 Fevral 2021 13:10

Azərbaycanda orta məktəb şagirdlərinin hicab geyinmələri ilə bağlı daha bir qalmaqal yaşanıb.  Bakının Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva hicabla gələn şagirdləri dərsə buraxmayıb.

Qeyd olunur ki, məktəb direktoru bir neçə şagirdin hicabını zorla başından açaraq, yerə atıb. O, bununla kifayətlənməyərək, hicablı şagirdlərə qarşı yol verilən bu hərəkətə etirazlarını bildirən valideynlərə təzyiq göstərərək, onları təhqir edib. Direktor bir qədər də irəli gedərək, valideynlərə “Bura siz hicablılar üçün deyil, hamınızı İrana sürgün etmək lazımdır”, – deyib.

Valideynlərin sözlərinə görə, yaranmış gərginlik şagirdlərdə ciddi təşviş yaradıb. Onlar valideynlərinə zəng edərək, qorxduqlarını, gəlib onları məktəbdən evə aparmalarını istəyiblər. Məlumatı dəqiqləşdirmək üçün əlaqə saxlanılan sözügedən məktəbin direktoru Taliyə Mirzəyeva yenicag.az-a açıqlamasında rəhbəri olduğu təhsil ocağında hicab qalmaqalı haqda yayılan xəbəri təkzib edib. Direktorun sözlərinə görə, məktəbdə hicablı şagirdə qarşı hər hansı təzyiq olmayıb və bu barədə irəli sürülən iddia əsassızdır: “Məktəbimizdə 1 300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Ümumiyyətlə, bizim məktəbdə başı bağlı qız şagirdlərimiz və müəllimlərimiz yoxdur. Bu gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Mən ona dedim ki, bayırda bağlayır, məktəbin daxilinə girəndə başını açacaq, yenə bayıra çıxanda bağlayacaq, gedəcək. Uşaq da elə başını açdı, girdi dərslərini keçdi, getdi. Çünki bir uşağın başı bağlı olsa, Novxanı da elə bir yerdir ki, orada Masallı, Lənkəran zonasından çox işləyənlər var və onların da hamısı sabah gələcəklər ki, uşaqların başını bağlayaq.  Qız uşağıdır, nə təzyiq olunacaq qıza? Özü də mən uşaqla yox, onun anası ilə danışdım. Anası ilə qapıda danışdım, uşaq da özü girdi soyundu çıxdı. Heç bir təzyiq ola bilməz”.

Taliyə Mirzəyeva Hicab ile ilgili görsel sonucu

Bakı Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, hicaba qadağa dindarları seçim qarşısında qoyur: “Belə çıxır ki, inanclı xanımlar dini etiqad azadlığı hüququndan istifadə etmək üçün təhsil və əmək hüququndan məhrum olmalıdır? Hicablı xanımlar məktəbə, işə getməsinlər? Bu doğru yanaşma deyil və Azərbaycan Konstitusiyasına da ziddir. Azərbaycan qanunvericiliyində hicabla bağlı hər hansı məhdudiyyət yoxdur. “Təhsil haqqında” Qanunun 14-cü maddəsinin 10-cu bəndində qeyd olunur ki, “Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir”. Bu maddəni əsas tutmaqla təhsil müəssisələri qızların məktəbə hicabla gəlməsinə icazə vermir. Halbuki qanunda birbaşa hicabla bağlı qadağa yoxdur və qadağa olmayan yerdə şagirddən hicabı açması tələbi də qanuni deyil”.

Hüquqşünas deyir ki, valideynlər övladlarını dərk edərək, yəni, məktəb yaşlı qızlar başın bağlanması fəlsəfəsinin mahiyyətini anlayaraq hicab bağlamaları daha doğrudur: “Onların təhsil alması üçün maksimum şərait yaratmaq lazımdır. Bəzi valideynlər hicab probleminə görə qızlarını məktəbə buraxmırlar. Yəni hazırda Azərbaycanda bu məsələ ilə əlaqədar təhsildən kənarda qalan qız uşaqları az deyil. Əslində yuxarı sinif şagirdlərinə məktəbə hicabla gəlməyə icazə vermək olar. Bu, ibtidai sinifdə hicaba icazə verilməməsinin davasını edənlərin də məntiqini zəiflədər”.

Hüquqşünas deyir ki, Azərbaycanın ali məktəblərində həqiqətən də hicabla bağlı hər hansı problem yoxdur. Universitetlərdə hicablı xanımlar tez-tez gözə dəyir. Amma hicabsızlarla müqayisədə onların sayı xeyli azdır. Hər halda tələbələr başın bağlanması fəlsəfəsini şagirdlərdən daha yaxşı dərk edirlər.

Gununsesi.info