İlham Əliyev Pezeşkiana təşəkkür etdi

  • Müəllif: Firuzə
  • 10 Avqust 2026 11:15
İlham Əliyev Pezeşkian

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşımında deyilir:

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.

Gununsesi.info