İlk köç karvanı Xankəndi şəhərinə çatdı - FOTO

  • Müəllif: Orxan
  • 21 Yanvar 2026 14:26

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 21-də Xankəndi şəhərinə yola düşən ilk köç karvanı ünvana çatıb.

Gununsesi.info xəbər verir ki, ilk mərhələdə Xankəndi şəhərinə 36 ailə – 162 nəfər köçürülüb.

Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.