KTMT-nin Müdafiə Nazirləri Şurası növbədənkənar iclas keçirəcək

  • By admin
  • 12 Yanvar 2022 17:05

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbədənkənar iclası yanvarın 13-ü keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

Onun sözlərinə görə, iclas zamanı Qazaxıstanda sülhməramlı əməliyyatın həyata keçirilməsi müzakirə olunacaq.

O həmçinin qeyd edib ki, iclasda KTMT-nin Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoliy Sidorov və KTMT-nin Baş katibinin müavini Tahir Xayruloev da iştirak edəcək.

 

Gununsesi.info