Məktəblər nə vaxt açıla bilər? – RƏSMİ AÇIQLAMA

  • By admin
  • 03 Avqust 2020 18:59

“Məktəblərin yeni tədris ilində açılması müzakirə edilir. Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub ki, təhsil və tibb mütəxəssisləri birlikdə məktəblərin yeni tədris ilində açılmasını müzakirə etsinlər. Həmin müzakirələr davam etdirilir”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, onlar tərəfindən qeydlər və təkliflər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq:

“Burada digər ölkələrin təcrübələrinə müraciət edilir”.

Gununsesi.info