
Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Azərbaycan millisi Bakı Olimpiya Stadionunda Portuqaliya yığmasına 3:0 hesabı ilə məğlub olub.
Gununsesi.info xəbər verir ki, yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib: “Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik”.
Gununsesi.info