Misirdə 45 nəfərin olduğu yaxta batdı

  • Müəllif: Orxan
  • 25 Noyabr 2024 16:36

Misirin Marsa Aləm kurort şəhəri yaxınlığında içərisində 45 nəfərin olduğu yaxta batıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

Məlumata görə, yaxtada olanların 31-i sərnişin, 14-ü heyət üzvü olub.

Xilasedicilər bir neçə nəfəri xilas edə biliblər. Lakin sağ qalanların sayı barədə məlumat verilmir.

Xilasetmə işlərinə helikopterlər və Hərbi Dəniz Qüvvələri cəlb olunub.

Gununsesi.info