Niyazi Bayramovun işdən çıxarılması xəbərinə icra hakimiyyətindən reaksiya

  • By admin
  • 07 Fevral 2022 13:38

Gəncə Şəhər İcra Hakimiyyəti Gununsesi.info-nun adıçəkilən şəhərin icra başçısı Niyazi Bayramovun yaxın günlərdə işdən azad ediləcəyi və bu gün Prezident Administrasiyasına çağrılması barədə xəbərinə reaksiya verib.
Bununla bağlı saytımıza göndərilən məlumatda xəbər təkzib edilir:

“Hazırda bu məsələ gündəmdə deyil və Niyazi Bayramov işinin başındadır.
Əlavə olaraq bildirik ki, Gəncə şəhərində yol kənarında əkilən ağacların çıxarılması və sahibsiz küçə heyvanlarının güllələnməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə açıqlama verilmişdir. Bir daha xatırladırıq ki, sözügedən ağacların əkilməsinin, daha sonra isə çıxarılmasının, iddia edildiyi kimi, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri ilə bağlı heç bir əlaqəsi yoxdur. Gəncə şəhərində sahibsiz itlərin güllələnərək, məişət tullantıları poliqonuna atılmasını özündə əks etdirən videogörüntülərin Gəncə şəhərinin məişət tullantıları poliqoununda lentə alınması faktı isə öz təsdiqini tapmamışdır”.

Gununsesi.info