Parklanma probleminə son qoyulur - RƏSMİ

  • By admin
  • 07 Fevral 2022 11:44

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda parklanma islahatının aparılması üçün konsepsiya hazırlanıb.

Gununsesi.info xəbər verir ki, bunu qurumun İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov deyib.

F.Abbasov bildirib ki, bu sahədə iki illik araşdırma aparılıb:

“Bu araşdırma tələb və təklifin öyrənilməsi, bütövlükdə sistemin təhlili və digər məsələləri əhatə edir. Arxasında çox ciddi təhlillərin dayandığı iki illik araşdırma sənədi BNA tərəfindən müzakirə edilərək qəbul edilib. Bundan sonra həmin sənəd üzrə tövsiyyələr nəzərə alınaraq sistemli parklanma islahatına dair konsepsiyamızı və onun tətbiqi ilə bağlı qanunvericilik aktlarını hazırladıq”.

Onun sözlərinə görə, bu sənəd Nazirlər Kabinetinə təqdim edilib və hazırda aidiyyatı dövlət qurumları ilə razılaşdırma prosesindədir:

“Yaxın zamanlarda bu prosedurları da sonlandıracağıq, nəhayət pərakəndə parklanma problemindən cəmiyyətin canını qurtaracağıq və sistemli parklanma islahatını tətbiq edə biləcəyik”.

Gununsesi.info