Prokurorluq Tofiq Yaqublunun döyülməsinə görə cinayət işinə əsas görməyib

  • By admin
  • 12 Yanvar 2022 17:33

Səbayel Rayon Prokurorluğu tanınmış lideri Tofiq Yaqublunun döyülməsi faktı üzrə cinayət işinin başlanmasından imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Yaqublu özü bildirib. Onun sözlərinə görə, yanvarın 11-də prokurorluq onun vəkilinə məktub göndərib, orada deyilir ki, “bu fakt üzrə cinayət işinin başlanmasına əsas yoxdur”.

Vəkil Nemət Kərimli prokurorluğun imtinasını “absurd” adlandırıb. Onun sözlərinə görə, prokurorluq öz qərarını Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi – “cinayət hadisəsinin olmaması” ilə əsaslandırır”, – vəkil deyib. “Bu tamamilə absurddur. “Cinayət hadisəsi” açıq – aydın görünür: Tofiq Yaqublu onlarla adamın və jurnalistlərin gözü qarşısında polis tərəfindən saxlanılıb, bir neçə saatdan sonra isə üzündə ciddi xəsarətlərlə ictimaiyyət qarşısına çıxıb”, – vəkil deyib.

Bu, tibbi ekspertiza tərəfindən təsdiq edilib: “Əgər həkimlər yazsaydılar ki, Yaqublunun döyülməsinə “sübut tapmayıblar, bu, başqa Səbayel Rayon Prokurorluğu Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun döyülməsi faktı üzrə cinayət işinin başlanmasından imtina edib. Bu barədə Turan-a Yaqublu özü bildirib. Onun sözlərinə görə, yanvarın 11-də prokurorluq onun vəkilinə məktub göndərib, orada deyilir ki, “bu fakt üzrə cinayət işinin başlanmasına əsas yoxdur”.

Vəkil Nemət Kərimli prokurorluğun imtinasını “absurd” adlandırıb. Onun sözlərinə görə, prokurorluq öz qərarını Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi – “cinayət hadisəsinin olmaması” ilə əsaslandırır”, – vəkil deyib. “Bu tamamilə absurddur. “Cinayət hadisəsi” açıq – aydın görünür: Tofiq Yaqublu onlarla adamın və jurnalistlərin gözü qarşısında polis tərəfindən saxlanılıb, bir neçə saatdan sonra isə üzündə ciddi xəsarətlərlə ictimaiyyət qarşısına çıxıb”, – vəkil deyib.

Bu, tibbi ekspertiza tərəfindən təsdiq edilib: “Əgər həkimlər yazsaydılar ki, Yaqublunun döyülməsinə “sübut tapmayıblar, bu, başqa məsələdir”. O qeyd edib ki, müdafiə tərəfi prokurorluğun qərarından məhkəməyə şikayət edəcək.

Xatırladaq ki, Yaqublu dekabrın 1-də Bakıda keçirilən etiraz aksiyası zamanı saxlanılıb və amansızcasına döyülüb. Onu axşama qədər saxlayaraq döyüblər. Yaqublu Səbayel Rayon Prokurorluğuna şikayət verib və dekabrın 3-də 4,5 saat ərzində ifadə verib, bundan sonra onu tibbi ekspertizaya göndəriblər. Tofiq Yaqublunun sözlərinə görə, onu Səbayel rayon 39-cu polis bölməsində döyüblər, sonra şəhərdən çıxarıblar və Bakıdan 72 kilometr qərbdə maşından endiriblər. Tofiq Yaqublunun vəkili bildirib ki, prokurorluğun qərarından məhkəməyə şikayət edəcəklər.

Xatırladaq ki, Yaqublu dekabrın 1-də Bakıda keçirilən etiraz aksiyası zamanı saxlanılıb və amansızcasına döyülüb. Onu axşama qədər saxlayaraq döyüblər.

Yaqublu Səbayel Rayon Prokurorluğuna şikayət verib və dekabrın 3-də 4,5 saat ərzində ifadə verib, bundan sonra onu tibbi ekspertizaya göndəriblər. Tofiq Yaqublunun sözlərinə görə, onu Səbayel rayon 39-cu polis bölməsində döyüblər, sonra şəhərdən çıxarıblar və Bakıdan 72 kilometr qərbdə maşından endiriblər.

 

Nəcəf

Gununsesi.info