“Tesla” ötən ay satışını 3 dəfə artırıb

  • By admin
  • 12 Yanvar 2022 17:23

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 2021-ci ilin dekabr ayında 70 846 avtomobil satıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə təxminən 3 dəfə çox, 2021-ci ilin noyabr ayına nisbətən isə 34% çoxdur.

Xatırladaq ki, “Tesla” 2019-cu ildən Çinin Şanxay şəhərində də istehsala başlayıb. Ötən il şirkətin “Çin istehsalı” olan elektromobillərindən 473 078 ədəd satılıb.

“Tesla” Çində Almaniya və Yaponiya kimi ölkələr də daxil olmaqla yerli və beynəlxalq bazarlar üçün “Model 3” və “Model Y” markalı avtomobillər istehsal edir.

 

Gununsesi.info