Qazaxıstanın Türküstan vilayətində iki mərtəbəli fərdi yaşayış evində güclü yanğın baş verib.
Gununsesi.info “Kazinfrom”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Yanğın nəticəsində 9-u azyaşlı olmaqla 12 nəfər ölüb
Hazırda yanğının səbəbləri araşdırılır, ekspertiza işləri aparılır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə ilə bağlı dərin hüznlə başsağlığı verib. Prezidentin mətbuat xidməti bildirib ki, dövlət başçısı hadisəni böyük faciə adlandırıb və aidiyyəti qurumlara araşdırmanın tam və obyektiv aparılması tapşırılıb.













