Şəhid Orxan Cabbarovla vida mərasimi keçirilir

  • By admin
  • 18 Noyabr 2021 12:20

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov ilə vida mərasimi keçirilir.

Gununsesi.info report-a istinadla xəbər verir ki, şəhidin nəşi Qubanın Davidoba kəndində yaşayan ailəsinə təhvil verilib.
Şəhidin doğulub boya-başa çatdığı evdə keçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.

Şəhid O.Cabbarov Quba Şəhidlər Xiyabanında dəfn olunacaq.

Allah rəhmət etsin!

Gununsesi.info