Şəkidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

  • Müəllif: Firuzə
  • 02 May 2026 22:44

Şəki şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 19 radələrində qeydə alınıb.

Belə ki, “Daewoo” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Daewoo”nun sürücüsü, 1971-ci il təvəllüdlü Şamxal Əhmədov və “Hyundai”da olan sərnişin, 1993-cü il təvəllüdlü Nərgiz Əbdülova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Oxu.az

Gununsesi.info