Şinzo Abenin varisi bu tarixdə açıqlana bilər

  • By admin
  • 28 Avqust 2020 20:59

Yaponiyanın hakim Liberal-demokrat partiyası daha sonra baş nazir vəzifəsinə keçəcək yeni rəhbərini seçmək üçün sentyabrın 15-də səsvermə keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

“Hazırda Şinzo Abe-nin yerini tutacaq Liberal Demokrat Partiyasının sədrinin seçilməsi üçün sentyabrın 15-də seçkilərin keçirilməsi məsələsi araşdırılır”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Yaponiyanın Baş Naziri Şinzo Abe səhhətinin pisləşməsi səbəbindən bu gün tutduğu postdan istefa verib.

 

 

Gununsesi.info