Son sutkada cəmi 1 nəfər koronaya yoluxub

  • By admin
  • 02 May 2022 18:57

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma sayı açıqlanıb.

Bu barədə Gununsesi.info-ya  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. Koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Onlardan 782 786 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 84 nəfərdir.

Son gün ərzində 1 663, hazırkı dövrədək isə 6 819 005 test aparılıb.

Gununsesi.info