“Taliban” Əfqanıstanı belə idarə edəcək

  • By admin
  • 24 Avqust 2021 09:27

“Taliban” hərəkatı Əfqanıstanı idarə etmək üçün şura yaradacaq.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, şuranın 12 üzvü olacaq.

Onlar arasında hərəkatın siyasi ofisinin rəhbəri Molla Əbdül Qəni Baradar, hərəkatın keçmiş lideri Molla Ömərin oğlu Molla Məhəmməd Yaqub və “Hakkani Şəbəkəsi” təşkilatının rəhbərlərindən Xəlil əl-Rəhman Hakkani də yer alıb.”Taliban” Pəncşər vilayətində qruplaşmaya müqavimət göstərən Əhməd Məsudu da şuranın üzvü kimi görür.