“Taliban”dan ilk BÖYÜK SƏHV: milyon dollara yaxın vəsait...

  • By admin
  • 21 Dekabr 2021 22:06

Radikal “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın Düşənbədəki səfirliyinə təsadüfən yüz minlərlə dollar köçürüblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Eurasianet” məlumat yayıb.

Qəzetin yazdığına görə, Tacikistanda qaçqın uşaqlar üçün məktəb tikintisi ilə bağlı Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani hökuməti tərəfindən 800 min dollar ayrılıb. Lakin respublikada hakimiyyətin “Taliban” tərəfindən ələ keçirilməsindən sonra pul köçürmələri baş tutmayıb. Məbləğ sonradan səhvən Əfqanıstanın diplomatik xidmətinə köçürülüb.

Eurasianet yazır ki, Taliban döyüşçüləri Düşənbəyə pulun qaytarılmasını tələb edən sorğu göndəriblər. Tacikistan tərəfi bunu rədd edib:

“Biz məktəb tikməmişik, amma artıq dörd aydır ki, müəllimlər və səfirlik əməkdaşları bu vəsaitdən maaş alırlar”, – mənbə qəzetə bildirib.

Əlavə edilib ki, bütün maliyyə resursları Əfqanıstan vətəndaşlarının ehtiyaclarına yönəlir.

Bundan əvvəl Taliban bəyan etmişdi ki, ABŞ ölkədəki böhrana görə məsuliyyət daşıyır və iqtisadiyyatın bərpasında Vaşinqtonun köməyinə ümid edir. Onlar vurğulayıblar ki, qoşunları çıxarıldıqdan sonra Amerika tərəfi Əfqanıstanda yeni komanda-nəzarət sistemini tanımağa və orada diplomatik missiyanı saxlamağa söz verib.

Gununsesi.info