Türkiyə səfirliyinin məşhur mətbuat katibi Qarabağda

  • By admin
  • 25 Noyabr 2022 16:26

Uzun illər Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi vəzifəsində çalışmış Bülən Uğur Azərbaycana gəlib.

Gununsesi.info-nun xəbərinə görə, Qarabağa səfər edən Bülənt bəy özünün sosial şəbəkə hesabında qeydlər yazıb.

HTML tutorial

Onun təəsüratlarını təqdim edirik:

 

 

İllər öncə özümə və azərbaycanlı dostlarıma söz vermişdim ki, Qarabağ işğaldan azad olunanda “əlim qan içində olsa da” görməyə gələcəm. Sözümü yerinə yetirdim. Mən bir türk olaraq həm çox xoşbəxtəm, həm də fəxr edirəm.

 

Şuşa “Qartal qalası” kimidir. Yeni salınan yollara baxmayaraq, gediş-gəliş çətinləşib. Şəxsən mən bunu müşahidə edəndə igid Azərbaycan əsgərinin bu qədər qısa müddətdə necə çətin vəzifənin öhdəsindən gəldiyini daha yaxşı anladım.

Xankəndinə sanki təyyarədən baxırsan.

 

Şəhər tamamilə yenidən qurulur. Yollar çəkilir, su-işıq-qaz xətləri çəkilir, dağılmış binaların yerində yeni binalar tikilir, tarixi binalar ilkin formasına uyğun bərpa olunur. Şəhərdə ancaq təhlükəsizlik qüvvələri, məmurlar, dediyim işləri görənlər və onlara xidmət edənlər var.

Çox nadir turist qruplarının və xarici nümayəndə heyətlərinin ziyarətləri üçün də açıqdır. Yerli əhali hələ də geri qayıtmayıb. Bu yerin yaşayış yerinə çevrilməsi üçün daha 1 il vaxt lazımdır.

 

Füzuli haqqında deyəcəyim yeganə şey tamamilə dağıdılmış, dağıdılmış şəhərdir. Bir dənə də olsun möhkəm bina yoxdur. Siz vandalizmin zirvəsini görürsünüz.

 

Yeri gəlmişkən, Qarabağa gedəndə hər kənddə şəhidlərimizin şəklini  gördük. Elə bir kənd yoxdur ki, şəhid verməsin.